“The Huffington Post”: “Putin nəyin bahasına olursa-olsun...”

“The Huffington Post”: “Putin nəyin bahasına olursa-olsun...”


“Rusiya qoşunlarının Suriyadan aparılmasından söhbət gedə bilməz. Rusiya prezidenti Vladimir Putin Suriya müharibəsində Qərbi aldadır”.

Gecce.az Publika.az-a istinadən məlumat verir ki, bu barədə “The Huffington Post” nəşri yazıb.

Nəşr Amerika hərbi mənbələrinə istinad edərək bildirir ki, indiyə qədər Rusiya Hərbi Hava Qüvvələrinin yalnız 20 faizi Suriyadan aparılıb. Məlumata görə, böyük hərəkət radiuslu qırıcılar döyüş hazırlığı vəziyyətindədir və istənilən vaxt Suriyaya qayıda bilər.

Hərbi mənbələrə əsasən, Amerika hərbçiləri Suriyada Rusiya Hərbi Hava Qüvvələrinin yerləşdiyi “Xmeymim” bazasının genişlənməsini müşahidə edirlər.

"Latakiyada yeni Rusiya silahlarının mövcudluğunun əlamətləri var. Moskva bazanı yeni hücumlar üçün hazırlayır. Putin nəyin bahasına olursa-olsun Əsəd rejimini dəstəkləmək istəyir. Moskva fevral ayının sonunda elan edilən atəşkəs rejimindən istifadə edir”, - “The Huffington Post” bildirib.

Lika
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort