“Ayaqlarımı yaralandığım yerdə basdırdılar” - 20 yaşlı qazi

“Ayaqlarımı yaralandığım yerdə basdırdılar” - 20 yaşlı qazi


İkinci Qarabağ müharibəsinin yaşı az olsa da, ürəyi böyük, mərd və cəsarətli qazisi, Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Alxasov Camal İlqar oğlu Sumqayıtın ən ağır yaralanan qazilərindən biridir.

Mən Qubadlıda gedən döyüşlərdə yaralanıb 2-3 saat o vəziyyətdə zirzəmidə qaldım. Heç bir maşın risk eləyib ora gələ bilmirdi. Nəhayət bir ambulans gəldi və məni Xanlıq kəndinə apardı. Məni güc-bəla ilə maşına qoydular. Xanlıq kəndinə çatana qədər özümdə deyildim. Nəhayət məni xəstəxanaya çatdırdılar. Orada 7-8 saat mənim üzərimdə əməliyyat aparılıb. Heç kim sağ qalacağıma inanmırdı. Çox çətin və riskli əməliyyatı Roman Çobanov adlı həkim etdi. İlk olaraq Ehtiram müəllimin, daha sonra Roman həkimin sayəsində mən bu gün sizinlə söhbət edirəm. Əməliyyatdan ayılanda dəhşətli ağrılar hiss edirdim. Ayaqlarımdan birini baldırdan yuxarı, digərini isə bir az aşağı kəsdilər. Buna səbəb isə ayağımın zərbədən təmiz parçalanması idi.

Bir neçə santimetr sümük saxlaya bildilər ki, gələcəkdə protez düzəldiləndə istifadə edim. Bir onu bildim ki, dedilər ki, təcili Bakıya çatdırılmasam, yaşama şansım az olacaq. Bakıya isə çatmağım, hansı vəziyyətdə çatacağım sual altında idi. Çox riskli olsa da, itirəcəyim heç nə qalmamışdı. Ehtiram məni Fəxri həkimlə birgə ambulansla Bakıya gətirib çatdırdı.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

26.01.2021 / 16:30
 
Xəbər lenti