Sükut anı... - Video

Sükut anı... - Video


Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

"Qafqazinfo" xəbər verir ki, nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən səs siqnalları verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Qeyd edək ki, Qanlı Yanvar faciəsinin otuz birinci ildönümü ilə əlaqədar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edən insanlar qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə qərənfillər düzürlər.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

26.01.2021 / 16:30
 
Xəbər lenti