Azərbaycanlı həkimin “COVID-19”la bağlı təcrübəsi hər kəsi təəcübləndirdi

Azərbaycanlı həkimin “COVID-19”la bağlı təcrübəsi hər kəsi təəcübləndirdi


Türkiyə və Avropa Revmotoloqlar Dərnəyinin üzvü Dr. Nərgiz Hüseynova bütün dünyanı cənginə alan COVID-19 infeksiyasının revmatizmal xəstəlikləri olan şəxslərdə virusun nəticələri ilə bağlı təcrübəsini paylaşıb.

N. Hüseynova bildirib ki, pandemiya başladığı gündən bu yana ən böyük narahatlığımız revmatizmal xəstəliklərdən əziyyət çəkən pasientlərimizin bu xəstəliyi daha ağır keçirməsi hətta ölüm risklərinin daha yüksək olması idi. Lakin bu virus bütün sahələrdə olduğu kimi bizim sahədə də çox gözlənilməz faktlarla qarşımıza çıxdı. Bilindiyi kimi revmatizmal xəstəliklərdə istifadə olunan dərman maddələri immun sistemi düşürür və infeksion xəstəliklərə yoluxma riskini artırır hətta daha ciddi ağırlaşmalara səbəb ola bilir. Lakin Covid-19-a yoluxmuş sonrasında revmatizmal müayinə üçün gələn 1594 nəfər (hansı ki revmatizmal dərman istifadəsi var) pasiyentlərimizlə tibbi araşdırma xarakterli söhbət zamanı indiyədək söylənilənlərin tam əksi ilə qarşılaşdıq. Belə ki bu pasientlər normal populyasiyaya görə bu xəstəliyi daha yüngül hətta antiviral dərman maddəsi istifadə etmədən sadəcə vitamin istifadəsi qidalanmaya diqqət və dinlənmə ilə çox rahat şəkildə keçiriblər.

6 aylıq araşdırma nəticəsində covid-19-a sadəcə 2 nəfər hamilə revmatizmal pasientimiz yoluxdu. Cox yüngül keçirdiklərini və ginikoloqlarla birlikdə ola biləcək bütün riskləri ailəyə izah etdikdən sonra hamiləliyin sonlandırılmamasına qərar verdik. Doğum sonrasında hər iki yenidoğulmuşda və anada qan təhlili zamanı Covid-19 İgG testi pozitiv gəldi. Hər iki körpə tam normaldır və müddətinə uyğun yenidoğulmuş olaraq qəbul edilib. Yəni bu virusun antitelləri ana bətnində və ya anasüdü vasitəsi ilə yeni doğulmuşlara ötürülə bilir (hansı yolla ötürüldüyü daha tam dəqiq araşdırılmayıb).

Avrasiya–Hospital 0553093912

Azərbaycanlı həkimin “COVID-19”la bağlı təcrübəsi hər kəsi təəcübləndirdi

Azərbaycanlı həkimin “COVID-19”la bağlı təcrübəsi hər kəsi təəcübləndirdi

Azərbaycanlı həkimin “COVID-19”la bağlı təcrübəsi hər kəsi təəcübləndirdi
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sükut anı... - Video

20.01.2021 / 12:00
 
Xəbər lenti