Naira Zohrabyan Paşinyanı təhqir etdi

Naira Zohrabyan Paşinyanı təhqir etdi


Çiçəklənən Ermənistan Partiyası fraksiyasının millət vəkili Naira Zohrabyan baş nazir Nikol Paşinyanı təhqir edərək onu xain, yalançı və satqın adlandırıb.

"Qafqazinfo" xəbər verir ki, o bu barədə rəsmi feysbuk səhifəsində yazıb.

“Moskva səfərinin nəticəsi olaraq, başqa bir xain sənədi imzalamazdan əvvəl, 9 noyabrda imzaladığı təslim aktını oxumayan və oxumayacaq olan şəxsləri çaşdırmağa çalışır.

Həmin o xain əsirlərin və itkin düşənlərin valideynlərini bir daha aldadır. Onları geri qaytarmağın qiyməti əsirlərin xatirinə başqa bir xain sənədin imzalanması ola bilər".

Zohrabyan Naxçıvan yolu məsələsində də Paşinyanı xalqına yalan danışmaqda günahlandırıb və bunu "iyrənc yalan" adlandıraraq Paşinyanı tənqid edib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri əsir və itkin düşənlərin valideynlərinin ağrısı və kədərindən öz xain missiyanı yerinə yetirmək üçün istifadə edəcək.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sükut anı... - Video

20.01.2021 / 12:00
 
Xəbər lenti