Türkiyənin məşhur "Wediacorp" şirkətinin rəhbəri Bakıya səfər etdi

Türkiyənin məşhur "Wediacorp" şirkətinin rəhbəri Bakıya səfər etdi


Türkiyənin məşhur "Wediacorp" şirkətinin rəhbəri Funda Şən uzun aylardan sonra yenidən Bakıya səfər etdi. Gəlişinin səbəbi şirkətin Bakı təmsilçiliyində baş verən maliyyə itgisini araşdırıb, işləri nizama salmaqdan ibarətdir:

Gecce.az xəbər verir ki, "Bu səfər bir təmizlik məqsədi daşıyırdı. Azərbaycanda qanuni şəkildə bu işi qurduq, çoxlu sayda məşhur sənətçi youtube işlərini şirkətimiz üzərindən apardı. Lakin son vaxtlar yüksək maliyyə yeyintisi aşkar etdik. Ona görə də, özüm bir başa məsələyə müdaxilə edib, Bakıya gəldim. Araşdırmamızı apardıq, məsələ hüquqi müstəvidə çözüləcək və təqsirli bilinən tərəf cəzasını alacaq. Şirkətlə bağlı ən doğru və rəsmi xəbəri yalnız mənim dilimdən eşidə bilərsiz. Qalan kim nə deyirsə, cəfəngiyatdır. Yeri gəlmişkən, sizə bir müjdə verim. Bundan sonra "Wediacorp"un sənətçi kordinatoru işi ilə Şəhanə Ayazqızı məşğul olacaq. Şəhanə xanımın rəhbəri olduğu "Scala" prodüser mərkəzi ilə müqavilə imzaladıq və məsuliyyətli işi rəsmi olaraq ona həvalə etdim. Bundan sonra biznes partnyorumuz olaraq, daha etibarlı şəkildə "Scala" prodüser mərkəzi və onun rəhbəri Şəhanə xanım məşğul olacaq".
Söhbətə davam edən Şəhanə Ayazqızı bildirdi ki, ona verilən güvəni layiqincə yerinə yetirəcək:
"Bundan sonra sənətçilərimizə doğru-dürüst şəkildə xidmət göstərəcəyik".

Funda Şən isə öz növbəsində qeyd etdi ki, yaxın günlərdə yerli mediada sənətçilərin sürətlə yüksəlişini əks etdirən xəbərlər yer alacaq:

"Bir daha qeyd edirəm ki, yotube-a ancaq reklam üçün pul xərclənir. Trend, reytinq üçün pul tələb olunursa, bu, yeyintidir. Bundan sonra yeni yotube kanalı açılmağını istəyən sənətçi üçün sadəcə xidmət haqqı alınacaq. Kanal daima nəzarətdə olacaq və sənətçiyə bilgilər veriləcək".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti