Koronavirusun aktivləşdiyi temperatur açıqlandı

Koronavirusun aktivləşdiyi temperatur açıqlandı


Honqkonq universitetinin alimləri koronavirusun ən çox aktiv olduğu temperaturu müəyyən ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “medRxiv.org” portalında məlumat yayımlanıb. Açıqlamada qeyd olunur ki, SARS-CoV-2 ən çox 4 dərəcə temperaturda aktiv qalır və dezinfeksiya olunmadığı təqdirdə aktivliyi yalnız 14 gündən sonra azalmağa başlayır. Bununla yanaşı SARS-CoV-2 yüksək temperatura dözmür və 70 dərəcə temperaturda beş dəqiqə ərzində aktivliyini itirir.

Həmçinin mütəxəssislər koronavirusun müxtəlif obyektlərin səthində nə qədər qala biləcəyini müəyyənləşdiriblər. Belə ki, virus kağız üzərində üç saata, geyim və emal edilmiş ağacda iki günə, şüşə üzərində dörd günə, plastik maddə üzərində isə yeddi günə aktivliyini itirir.

Əlavə olaraq alimlər virusun tibbi maskaların xarici səthində yeddi günə qədər ola biləcəyini qeyd edib və onların hərtərəfli dezinfeksiya edilməli olduğunu bildirib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti