Hərbçimiz torpağa tapşırıldı

Hərbçimiz torpağa tapşırıldı


Yanvarın 16-da Tovuz rayonunun Ağdam kəndi istiqamətində itkin düşən hərbçimiz Abbasov Akif Elşən oğlu bu gün torpağa tapşırılır.

“Qafqazinfo”nun məlumatına görə, onun nəşi doğulduğu Ağcabədi rayonuna gətirilib.

Xatırladaq ki, hərbçimiz Akif Elşən oğlu Abbasov yanvar ayında itkin düşmüşdü. Onun meyiti bir neçə gün əvvəl sərhədin neytral ərazisində tapılmışdı.

**

A.Abbasov Ağcabədi rayonundakı Şəhidlər xiyabanında dəfn edilib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti