18 yaşlı qız axtarılır

18 yaşlı qız axtarılır


Şəmkirdə bir ay əvvəl itkin düşən qız axtarılır.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Şəmkir rayon sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova dekabrın 6-da Şəmkir rayon Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

X. Həsənovanın əlamətləri belədir: boyu 167 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi. Evdən çıxan zaman onun əynində göy cins şalvar, qırmızı gödəkcə, başında papaq, ayağında qara rəngli çəkmə olub. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (055) 235-76-06 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti