BDU ölən tələbə ilə bağlı başsağlığı verdi

BDU ölən tələbə ilə bağlı başsağlığı verdi


Bakı Dövlət Universiteti zəhərləndiyi üçün dünyasını dəyişən 4-cü kurs tələbəsi Şəkər Xasmətovanın ailəsinə başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, başsağlığında kollektivin tələbənin vaxtsız vəfatını ürək yanğısı ilə qarşıladığı bildirilib:

“Bakı Dövlət Universitetinin Fizika fakültəsinin IV kurs tələbəsi Xasmətova Şəkər Faiq qızının vaxtsız vəfatı universitet kollektivini dərindən kədərləndirdi. Şəkər Xasmətova universitetdə təhsil aldığı dörd il ərzində müəllim və tələbə kollektivinin dərin hörmətini qazanıb, savadı və tərbiyəsi ilə seçilib, dərslərdə öz bilik va bacarığını nümayiş etdirmişdi. Şəkərin müəllimləri və tələbə dostları, bütün universitet kollektivi onun bu dünyadan nakam köçməsini ürək yanğısı ilə qarşılayıblar. Təəssüf ki, qabiliyyətli və tərbiyəli tələbəmiz, gələcəyin çox istedadlı mütəxəssisi və vətəndaşı dünyasını vaxtsız dəyişdi. Bu hadisədən üzüldüyümüzü bildirir, Şəkər Xasmətovanın ailəsinə, yaxınlarına dərin hüznlə bağsağlığı verir, səbr diləyirik. Allah rəhmət eləsin!”

Xatırladaq ki, zəhərlənmə universitetin 2 saylı yataqxanasında baş verib və nəticədə Xasmətova Şəkər ölüb, iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Zəhərlənən tələbələr Həmidə İbadova və Dürrubə Quliyevanın vəziyyəti ağır-stabil qiymətləndirilir.

Tələbələrin zəhərlənmə səbəbi hələlik məlum deyil.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu serial da final edir

12.12.2019 / 13:00
 
Xəbər lenti