Sevinc Abbasova bu gün son söz deyəcək

Sevinc Abbasova bu gün son söz deyəcək


Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın məhkəməsi keçirilir.


“Qafqazinfo” xəbər verir ki, hakim Azər Tağıyevin icraatında olan prosesdə S.Abbasovanın vəkili Sadiq Bağırov çıxış edəcək, daha sonra prosedura uyğun olaraq Sevinc Abbasova son söz demək təklif olunacaq.

S. Abbasova prosesdən öncə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, əgər ona son söz versələr, bu hüququndan istifadə edəcək.

Bunun ardınca məhkəmə hökm oxumaq üçün müşavirəyə çıxacaq. Lakin hökmün bu gün, yoxsa başqa günlərdə elan ediləcəyi hələlik bəlli deyil. Buna hakim müşavirədə qərar verəcək.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Rayonlara qar yağacaq

15.11.2019 / 15:00
 
Xəbər lenti