Mübarizi təhqir etməkdə ittiham olunan psixoloqa hökm oxundu

Mübarizi təhqir etməkdə ittiham olunan psixoloqa hökm oxundu


Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etməkdə ittiham edilən psixoloq Nərmin Şahmarzadə haqda məhkəmə qərarı verilib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə hüquqşünas Samirə Ağayeva məlumat yayıb. O, qeyd edib ki, Nərmin Şahmarzadə qısa son sözü ilə çıxış edib: “Son sözündə dedi ki, heç vaxt şəhid məsələsinə toxunmayıb, o, yalnız qəhrəmanlıq məsələsinə toxunub. Həmçinin qeyd etdi ki, Qarabağın sülh yolu ilə azad olunmasını, heç kimin ölməməsini arzulayır. Vəkili bildirdi ki, müdafiə etdiyi şəxsin statusunda təhqir yox, tənqid var və cinayət işinin xitam olunmasını xahiş etdi”.

20 dəqiqəlik müşavirədən sonra hakim Cavid Hüseyn hökmü elan edib. Hökmə görə, N.Şahmarzadə CM-nin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib 400 saat ictimai işlərinə məhkum edilib. CM-nin 147-ci (böhtan) maddəsilə bəraət verilib.

Xatırladaq ki, xüsusi ittihamçının nümayəndəsi Ramil Rüstəmov N. Şahmarzadənin 3 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti