“Terrorçuların 35 saatı qalıb, əks təqdirdə...”

“Terrorçuların 35 saatı qalıb, əks təqdirdə...”


“Terrorçuların Suriyanın şimalında təhlükəsiz zonanı tərk etmələri üçün 35 saat vaxtları qalıb. Əks təqdirdə Türkiyə “Sülh Çeşməsi Hərəkatı”nı bərpa edəcək”.

“Qafqazinfo”nun “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu İstanbulda baş tutan TRT World Forum 2019 Zirvəsində bildirib.

Siyasətçi Türkiyənin əməliyyat çərçivəsində kimyəvi silahdan istifadə etdiyinə dair xəbərləri təkzib edib:

“Tariximizdə əsla kimyəvi silah istifadə etməmişik. Bu tip xəbərlər antitəbliğat xarakteri daşıyır. Anbarlamızıda belə kimyəvi silahlar yoxdur. Biz bu məsələdə çox həssasıq, əsgərimiz, ordumuz çox həssasdır. Prezident Ərdoğan bütün iddiaların araşdırılmasını tapşırıb”.

Çavuşoğlu YPG/PYD terror qruplaşmalarının əməliyyat başladığı gündən etibarən Türkiyəyə qarşı hücumlar təşkil etdiyini bildirib:

“Şəhərlərimizə hava hücumu oldu. Körpə və uşaqlar daxil olmaqla mülki vətəndaşlarımızı itirdik. 200 vətəndaşımız yaralanıb. İndiyə qədər 4 şəhid vermişik”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti