Bakı metrosunda qatarı tüstü bürüdü, vaqonlar boşaldıldı - Yenilənib

Bakı metrosunda qatarı tüstü bürüdü, vaqonlar boşaldıldı - Yenilənib


Bu dəqiqələrdə Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

“Qafqazinfo”nun məlumatına görə, qatarın “Nəriman Nərimanov” stansiyasından “Gəncliyə” doğru hərəkət etdiyi zaman vaqonları tüstü bürüyüb.

Hadisə şahidlərinin sözlərinə görə, qatar “Gənclik” stansiyasında dayanıb. Bir neçə sərnişinin ürəyi getdiyi bildirilir.

**

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Qafqazinfo”ya açıqlamasında qatarda baş verən tüstülənmənin səbəbini izah edib:

“Qatarı tüstü bürüməsinə səbəb həmin qatardan əvvəl xətdə buraxılan sınaq qatarı olub. Sərnişinsiz hərəkət edən qatarın təkərlərinin detallarından biri sıxılıb və bu üzdən tuneli tüstü bürüyüb. Bu da öz növbəsində ondan sonra gələn qatarda tüstü iyinin hiss olunması ilə nəticələnib. Sərnişinlər metronun “Gənclik” stansiyasında qatardan boşaldılıb. Hadisə nəticəsində xanım sərnişinlərdən biri həyəcanlanıb. O, təcili yardım köməyindən imtina edib”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort