Autizmli uşaqlara kompozisiya və klip həsr olundu

Autizmli uşaqlara kompozisiya və klip həsr olundu


Tanınmış bəstəkar Sevinc Tofiqqızının yeni kompozisiyası olan "Səssiz duyğular” autizm uşaqlara və gənclərə həsr olunub. Musiqisi Sevinc Tofiqqızına, sözləri Baba Vəziroğluna məxsus olan mahnının klipi də artıq hazırdır.

Gecce.az xəbər verir ki, Sevinc Tofiqqızı layihə ilə bağlı fikirlərini bölüşərkən bildirdi ki, "Səssiz duyğular” adlı kompozisiyanın əsas məqsədi autizm sindromundan əziyyət çəkənlərə mənəvi dəstək olmaqdır:
"Klipdə rol alan Elnar bala da autizm sindromundan əziyyət çəkir. Mən hər zaman autizmli uşaqların, gənclərin yanındayam. Qeyd edim ki, autizmlilərin İdman Klubu ictimai Birliyinin sədri Elnur Məmmədli layihənin əsas rəhbəridir. Təqdim edəcəyimiz çarxın rejissoru Zəki Bağırov, montajı Mircəlil Ağayevə məxsusdur. Klipin çəkilişində "Azəri prodakşın” öz dəstəyini əsirgəmədi. Bu işdə hər kəs bizə dəstək göstərdi. Buna görə hamıya təşəkkürümü bildirirəm”.
Bəstəkar bildirdi ki, "Səssiz duyğular” adlanan bu klipdə əməkdar artist Bəhram Bağırzadə, Sevinc Tofiqızı, Elnar və autizmdən əziyyət çəkən uşaqlar, gənclər rol alıb. Məlumat üçün bildirək ki, tezliklə bu video çarxın təqdimatı keçiriləcək.

Qeyd edək ki, Sevinc Tofiqqızının "Mübariz” mahnısı Türk mətbuatının böyük marağına səbəb olub. Hazırda Türkiyədə olan bəstəkar müxtəlif problemlərə toxunur və daha çox vətənpərvər ruhda mahnılara üstünlük verir. Onun müəllifi olduğu mahnılar Türkiyə mediası və təşkilatları tərəfindən mükafatlara layiq görülüb.

Klipin linki:



Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort