Nazir döyülən direktordan danışdı - “Bu, ölkədə qeyri-adi haldır”

Nazir döyülən direktordan danışdı - “Bu, ölkədə qeyri-adi haldır”


Bakı Şəhəri üzrə Təhsil İdarəsi aktyor Rza Rzayevin 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevi döyməsi ilə bağlı daha bir məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan məlumatda qeyd edilir ki, qurum direktora qarşı baş vermiş fiziki zorakılıq halını pisləyir və şiddətlə qınayır:

"Bir təhsil müəssisəsinin rəhbərinə qarşı şəxsi toxunulmazlıq və digər hüquqi prinsiplərin kobud şəkildə pozulması ilə müşahidə olunan fiziki zor tətbiq edilməsi və bədən xəsarətləri yetirilməsi ölkəmizin təhsil ictimaiyyəti tərəfindən hiddətlə qarşılanır.

Qeyd edək ki, məsələni Təhsil Nazirliyinin rəhbərliyi bilavasitə diqqət mərkəzində saxlayır.

Noyabrın 20-də aldığı ağır xəsarətlər səbəbindən 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmiş 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə baş çəkilib, səhhəti ilə maraqlanılıb.

T.Mirzəliyevə şəfa diləyir və hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırması aparılan məsələnin ədalətli hüquqi qiymət alacağına inanırıq".

***

Təhsil naziri Ceyhun Bayramov "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na həsr olunmuş mətbuat konfransında direktor Tural Mirzəliyevin döyülməsinə münasibət bildirib:

"Bu, ölkədə qeyri-adi bir haldır. Məsələni ümumi şərh edəcəm. Müəllimə qarşı belə bir gücün tətbiq olunması qəbul olunmaz haldır. Biz bilirik ki, hüquq mühafizə orqanları araşdırmalar aparır. Və bu müddətdə bizim məsələyə qarışmağımız doğrü olmaz. 2013-cü ildən bu yana müəllim nüfuzunun qaldırılması baxımından çox işlər görülüb. Əminik ki, məsələyə düzgün hüquqi qiymət veriləcək. Çox istərdik ki, bu kimi xoşagəlməz hadisələr baş verməsin".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah yağış yağacaq

13.12.2018 / 16:30
Sabah hava necə olacaq?

12.12.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort izmir escort