Əli Kərimli sərbəst buraxıldı - 2500 manat cərimələndi

Əli Kərimli sərbəst buraxıldı - 2500 manat cərimələndi


Səbail Rayon Məhkəməsində AXCP sədri Əli Kərimli və digər 10 nəfərin məhkəməsi başlayıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hazırda aksiyada saxlanılan şəxslər məhkəmə binasına gətirilib. Onların bir neçəsinin vəkili olmadığı üçün hələ proses başlamayıb.


Ə.Kərimlinin vəkili Fuad Ağayev məhkəmədədir.

Ə.Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) və 513.2-ci (“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddələri ilə ittiham edilib.

Digər şəxslər isə sadəcə 513.2-ci maddə ilə təqsirli bilinib. Onlar noyabrın 17-də Dirçəliş Günü ilə bağlı yürüş keçirmək istəyərkən saxlanılıblar.

***

Məhkəmənin qərarı ilə saxlanılanların bir neçəsi 400 və 500 manat məbləğində cərimələnib.

***

Məhkəmənin qərarı ilə Əli Kərimli 2500 manat cərimə olunub və sərbəst buraxılıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

10.12.2018 / 13:30
 
Xəbər lenti
                                                           
ankara escort