Milli qəhrəman övladlarının, əlillərin təhsil haqqı ödəniləcək

Milli qəhrəman övladlarının, əlillərin təhsil haqqı ödəniləcək


Gənclər Fondu bu gündən etibarən təhsil xərclərinin maliyyələşdirilməsi üzrə ərizə qəbuluna başlayıb.

Gecce.az qurumun saytına istinadən xəbər verir ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi həyata keçiriləcək.

Maliyyələşmə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürüləcək.

Maliyyələşmə təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur.

Müraciət etmək istəyənlər Fondun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər.

Fond tərəfindən, aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcəkdir:

Milli qəhrəman övladları;

I, II və III qrup əlil olan gənclər;

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları;

Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;

I qrup əlil valideyni olan gənclər;

Hər iki valideyni əlil olan (I,II III qrup) gənclər;

Aztəminatlı ailədən olan gənclər.

Müsabiqəyə 3 Ali təhsil müəssisələrinin əyani/qiyabi təhsilalma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər.

Müsabiqənin 18 noyabr tarixinə kimi davam edəcək.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort