“Ermənilər əsir götürdükləri azərbaycanlılara insanlığa sığmayan işgəncələr verir”

“Ermənilər əsir götürdükləri azərbaycanlılara insanlığa sığmayan işgəncələr verir”


"Ermənilər əsir-girov götürdükləri azərbaycanlılara insanlığa sığmayan, dilə gətirilməsi belə çətin olan işgəncələr verirlər. "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan hərbi prokuroru, Dövlət Komissiyasının üzvü Xanlar Vəliyev deyib.

X. Vəliyev Dağlıq Qarabağda işğal zamanı həyata keçirdikləri vandal hərəkətləri ilə bağlı başlanılan cinayət işi, rəhbərlik etdiyi istintaq əməliyyat qrupunun fəaliyyəti barədə məlumat verib və gələcəkdə tanınmadan dəfn edilmiş məzar yerlərində aparılacaq ekshumasiya və identifikasiya işlərinin prosessual tələblərə uyğun şəkildə təşkili üçün hərbi prokurorluq tərəfindən zəruri köməyin göstəriləcəyini bildirib:

"Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə əlaqədar, yəni həm Ermənistan silahlı qüvvələri, həm Dağlıq Qarabağda fəaliyyət göstərən qanunsuz silahlı birləşmələr tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlərin istintaqı ilə əlaqədar istintaq əməliyyat qrupu tərəfindən cinayət işi üzrə aparılan istintaq nəticəsində aşkar olunub ki, erməni millətçiləri trəfindən Dağlıq Qarabağ və ətraf rayonlarda öz torpaqlarında yaşayan minlərlə azərbaycanlı yalnız milli mənsubiyyətlərinə görə qəddarlıqla döyülüb işgəncə verilməklə qəddarlıqla qətlə yetirilib. Qaçıb canlarını qurtarmağa çalışan yüzlərlə soydaşımız güllələnib, evləri talan olunub, yüzlərlə yaşayış məntəqəsi boşaldılıb, milli memarlıq memarlıq inciləri dağıdılıb, yüz minlərlə azərbaycanlı dədə-baba torpaqlarından deportasiya olunub, Dağlıq Qarabağ və əraf raynlarda, habelə Ermənistanla həmsərhəd olan bölgələrdə qulluq vəzifələrini yerinə yetirən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçular və mülki əhali əsir və girov götürülərək amansız, qeri-insani rəftara, işgəncələrə məruz qalıb.

Həmin cinayət hadisələrinin hərtərəfli araşdırılması, şübhəli şəxslərin müəyyən edilməsi, sübutların toplanması və təqsirləndirilən şəxs qismində cəlb edilməsi məqsədilə istintaq orqanı ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası arasında qarşılıqlı işgüzar əlaqələr yaradılıb. Belə ki, cinayət işi üzrə ümumilikdə 1636 şəxs dindirilb, dövlət komissiyasının 23 oktyabr 2018-ci il tarixinə olan məlumatına əsasən bilavsitə əsir düşmüş, girov götürülmüş və sonradan azad edilmiş 1480 nəfərdən 1113-ü, o cümlədən 1057-si zərərçəkmiş şəxs qismində tanınaraq dindirilib”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort