“WhatsApp”dan oğurluq edən casus proqram aşkar edildi

“WhatsApp”dan oğurluq edən casus proqram aşkar edildi


“ESET” antivirus şirkətinin mütəxəssisi Lukas Stefanko internetdə populyar “Viber” messenceri adı altında maskalanan casus proqramının peyda olması haqda məlumat verib.

Gecce.az ICTnews”a istinadən xəbər verir ki, Stefanko bu proqramı “Google Play” rəsmi proqramlar mağazası altında maskalanmış saytda aşkar edib.

Casus proqramının yaradıcıları “Viber”i mükəmməl şəkildə “kopya”layıblar, məsələn, üzərində "redaksiyanın seçimi" nişanı var, 500 milyondan çox yüklənilməsi, həmçinin istifadəçilər tərəfindən verilmiş orta qiymət (4,3 bal) göstərilib.

Saxta “Viber” proqramı aparata quraşdırıldıqdan sonra qurğunun yaddaşında və “SD” kartda fayllara geniş müraciət hüququ istəyir.

Sözügedən casus proqramı iş zamanı “WhatsApp” və “WeChat” messencerlərindən mediafayl, sənədləri, qurğunun yaddaşında olan bütün şəkil və başqa yüklənilmiş faylları gizlicə oğurlayır, həmçinin zəngləri yaza bilər.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort