Naxçıvanda 3 hərbçimizin öldüyü qəza necə baş verib?

Naxçıvanda 3 hərbçimizin öldüyü qəza necə baş verib?


Naxçıvanda hərbçilərin həlak olduğu yol qəzasının təfərrüatları məlum olub

Gecce.az-ın Trend-ə istinadən məlumatına görə, hərbçilərin olduğu avtomobil Günnüt kəndindən qayıdarkən qarşıdan gələn xüsusi təyinatlı avtomobilə yol vermək üçün yolun sağına çəkilib.

Avtomobilin ağırlığına tab gətirməyən yol-asfalt örtüyünün zədələnməsi maşının dərəyə aşmasına səbəb olub.

Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu Naxçıvanda avtomobil qəzasında həlak olub, 11-i yaralanıb.

Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib.

Yol-nəqliyyat hadisəsində həyatını itirən hərbçilərdən 1991-ci il təvəllüdlü, baş leytenant Hümmətov Orxan Bayram oğlu Tovuz rayonunun Qaraxanlı kəndində, 1995-ci il təvəllüdlü, gizir Həsənli Novruz Nəbi oğlu Şərur rayonunun Maxta kəndində, 1987-ci il təvəllüdlü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Seyidov Raman Mirsalam oğlu Şərur rayonunun Danyeri kəndində dəfn edilib.

Dəfn mərasimlərində Əlahiddə Ümumqoşun Ordunun zabitləri, hökumət və ictimaiyyət nümayəndələri, həlak olanların hərbçi yoldaşları və sakinlər iştirak ediblər.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Anası ilə barışdı

16.11.2018 / 19:00
Sabahın hava proqnozu

16.11.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort