“Facebook”da qruplara üzvlük ödənişli ola bilər

“Facebook”da qruplara üzvlük ödənişli ola bilər


“Facebook” sosial şəbəkəsindəki qrup adminləri bundan sonra qrup üzvlərindən qrupdakı kontentlərə görə aylıq abunəlik tələb edə biləcəklər.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, aylıq abunə haqqı 4.99 - 29.99 dollar təşkil edəcək.

Bu yeni funksiyadan ilk istifadə edəcək şəxslər kulinariya, uşaqların tərbiyəsi və ev təmizlikləri mövzularına aid qrup adminləri olacaqlar. Qrupun yaradılması həmişəki kimi pulsuz olaraq qalacaq. Lakin müəyyən müddətdən sonra adminlər ödəniş əsaslı premium altqruplar yarada biləcəklər.

“Facebook” təmsilçilərinin fikrincə, qrupdakı aylıq abunə funksiyası qrupları daha da cəlbedici edəcək. Lakin bu həmdə bir çox istifadəçiləri həmin qruplardan kənarlaşmasına gətirib çıxara bilər.

Qeyd etmək lazımdır ki, ödəniş əsaslı üzvlük özəlliyi hələki sosial şəbəkənin mobil versiyasında test rejimində çalışır. “Facebook” isə öz növbəsində əldə olunmuş vəsaitlərdən faiz götürməyəcək. Bu, “Facebook” qruplarının gəlir sistemi əldə etmələri yolunda ilk addımdır. Belə ki, həmin qruplar xəbər portallarından fərqli olaraq reklam yerləşdirilməsindən o qədər də böyük vəsait əldə etmirlər.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort