DİN-in generalı jurnalisti söydü - Səsyazısı

DİN-in generalı jurnalisti söydü - Səsyazısı


DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru Ərziman Əliyev jurnalisti ağır söyüşlə təhqir edib.

Gecce.az xəbər verir ki, Bizim Yol-un əməkdaşı Əli Cahangiroğlu generala zəng vuraraq Göyçayda uçaq körpü ilə bağlı həbs olunan şəxsin qardaşı Nəciməddin Əliyevin olub-olmadığını dəqiqləşdirmək istəyib. Suala qəzəblənən Ərziman Əliyev jurnalisti bir neçə dəfə təhqir edib.

Həmin səsyazısını təqdim edirik:

Qeyd edək ki, Ərziman Əliyev 2004-2007-ci illərdə Qubanın icra başçısı olub. Ondan əvvəl Göyçay rayon Polis rəisi işləyən Ərziman Əliyev qohumu Ziya Məmmədovun köməkliyi ilə Qubaya icra başçısı gətirilib.Daha sonra işində yol verdiyi nöqsanlara görə Prezident tərəfindən vəzifəsindən azad olunan Əliyev bir qədər sonra hansısa sirli qüvvənin köməkliyi ilə DİN-nin Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi təyin edilib. Polis general-mayorudur.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Şirvanda qətl

22.06.2018 / 21:20
 
Xəbər lenti