Gözaltı ləkələr üçün maska

Gözaltı ləkələr üçün maska


Gözlərin ətrafında olan qaraltılar müxtəlif səbəblərdən meydana gəlir. Lakin evdə hazırladığınız maskalarla bu problemdən qurtula bilərsiniz.

Axşam.az bir neçə maskanı təqdim edir:

Maska 1

Tərkibi:

2 çay qaşığı zərdəçal

2 çay qaşığı ananas suyu

Hazılanması:

Zərdəçal və ananas suyunu qarışdırın və göz altınıza sürtərək 10 dəqiqə gözləyin. Sonra pambıqla təmizləyin. İstədiyiniz nəticəni əldə edənə qədər təkrar edin.


Maska 2

1 kartof

7 ədəd nanə yarpağı

3 xörək qaşığı su

Ortadan ikiyə ayrılmış makiyaj təmizləmə pambıqları

Hazırlanması:

Kartof və nanə yarpaqlarını blenderdən keçirin və su ilə yaxşıca qarışdırın. Pambığı bu qarışıma batırın və bir saat pambıqları qurudun. Bir qutuya qoyub ağzını möhkəm bağlayın. Gündə 15-20 dəqiqə bu maskadan istifadə etməklə tez bir zamanda gözaltı qaralarınızdan qurtula bilərsiniz.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti