Məşhur uşaq markasına 25 milyonluq cəza - Xərçəngə səbəb olurmuş

Məşhur uşaq markasına 25 milyonluq cəza - Xərçəngə səbəb olurmuş


ABŞ-ın bütün dünyada məşhur olan “Johnson & Johnson” şirkətinin körpə pudrası (kirşanı) məhsullarında xərçəng riski olması ilə bağlı aparılan daha bir məhkəmə prosesi yekunlaşıb.

Kaliforniya ştatının Ali Məhkəməsi Yohanne Anderson adlı qadının şikayətini haqlı hesab edib.

Bu səbəbdən şirkətin 25,7 milyon dollar təzminat ödəməsinə qərar verilib.

Qeyd edək ki, 68 yaşlı qadın uzun illər boulinq oynayarkən ayaqqabılarının içinə və əllərinə “Johnson&Johnson” markalı pudra vurduğunu bildirib. O, bunu 10 min dəfədən çox istifadə etdiyini söyləyib. Həmin pudranın tərkibindəki “asbestos” adlı maddənin isə “plevral mezotelyoma” adlı ağciyər xərçənginə səbəb olduğunu iddia edib.

Xatırladaq ki, ötən il məhkəmələr şirkət haqqında bir neçə qərar çıxarmış və milyonlarla dollar məbləğində cərimə tətbiq edilmişdi. Belə ki, şikayətlər əsasında 55 milyon, 417 milyon, 117 milyon dollar və s. miqdarda təzminat ödənməsi barədə qərarlar çıxarılıb.


“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti