“Deyirlər yaşı keçir, evlənməlidir”

“Deyirlər yaşı keçir, evlənməlidir”


Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, deputat Siyavuş Novruzov televiziya efirlərinə "ailədən xəbəri olmayan şəxslərin" çıxarılmasından gileylənib.

Bu barədə deputat Milli Məclisdə keçirilən dinləmədə çıxışı zamanı deyib: "Ailələrin dağılması ciddi problemə çevrilib. Valideyn istəyir ki, övladı ailə qursun, amma bilmir ki, övladı buna hazırdır, ya yox. Baxırsan nə işi, nə təhsili var. Deyirlər yaşı keçir, evlənməlidir. Bu yanaşma düzgün deyil”.

Deputatın sözlərinə görə, mətbuat orqanlarının ailələrin möhkəmləndirilməsində deyil, dağılmasında daha böyük xidmətləri var: “Bir çox hallarda telekanallara ailədən xəbəri olmayanları çıxarırlar, təbliğ edirlər. Mən şou-biznes əhlini nəzərdə tutmuram, çünki onların öz dünyası, öz yaşam tərzi var, amma bəzən elələrini efirə çıxarırlar ki, onun ailə haqda anlayışı belə yoxdur... Və yaxud, bir neçə gün bundan öncə abituriyentlərin biri bal toplaya bilmədiyi üçün intihar etdi. Mətbuat bu məsələni şişirdən kimi onun ardınca bir neçə nəfər də intihar etdi. Keçmişdə belə halları təbliğ etmirdilər, gizlədirdilər. İndi isə bunları yayırlar, təbliğ edirlər və nəticədə də bu cür ağrılı hallar yaşanır”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti

Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi 15:30 Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi
                                                          
ankara escort