Bu tərəvəz min bir dərdin dərmanıdır » Gecce.Az Xəbər Portalı
Bu tərəvəz min bir dərdin dərmanıdır

Bu tərəvəz min bir dərdin dərmanıdır


Bolqar bibəri ən faydalı tərəvəzlərdən biri sayılır. Bu tərəvəz müxtəlif faydalı vitamin və minerallarla zəngindir. Onun tərkibində C, B qrupu, A, P vitaminləri, kalium, fosfor, sink, dəmir, yod, kalsium, maqnezium mineralları var.

Axşam.az xarici mediaya istinadən belə zəngin tərkibli bolqar bibərinin digər faydalarını sadalayır:

- Bolqar bibəri insanın immun sistemi üçün çox xeyirlidir. Bu xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlı insanlar üçün vacibdir. Çünki bu qrup insanlarda immun sistemi daha zəifdir.

- Qırmızı bolqar bibərin tərkibində "likopin" maddəsi var ki, bu maddə xərçəngin inkişafına mane olur.

- Bolqar bibəri (xüsusilə qırmızı növləri) qanın tərkibinə müsbət təsir edir, qanazlığı zamanı çox faydalıdır.

- Bibərin tərkibində olan A vitamini və sink insanın dərisinin və saçların vəziyyətinə olduqca çox müsbət təsir edir. Bu səbəbdən gözəl dəri və saçlara sahib olmaq üçün tez-tez bibər yemək lazımdır.

- Adıçəkilən tərəvəz iştahanı artırır, insanın mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, mədəaltı vəzinə müsbət təsir edir.
- Bibərin daim qəbulu insanın yaddaşını və diqqətini yaxşılaşdırır.

- Bolqar bibəri insanın sinir sisteminə yaxşı təsir edir, əhval-ruhiyyəsini yaxşılaşdırır, depressiya və stress zamanı kömək edir.

- Bu tərəvəz sümüklər üçün də çox xeyirlidir.

- Görmə ilə problemləri olan insanlar da bu tərəvəzdən tez-tez yeməlidir.

- Bibər ürəyin fəaliyyətinə müsbət təsir edir, təzyiqin tənzimlənməsinə kömək edir, qanı duruldur, damarlarda trombların əmələ gəlmə riskini azaldır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort