Şabalıdın bilinməyən faydaları » Gecce.Az Xəbər Portalı
Şabalıdın bilinməyən faydaları

Şabalıdın bilinməyən faydaları


Axşam.az xarici mediaya istinadən şabalıdın bilmədiyiniz faydalarını təqdim edir:

1. Şabalıd fiziki və zehni yorğunluğa qarşı mübarizə aparmaqda ən effektiv vasitədir;

2. Omeqa 3 və omeqa 6 yağları ilə zəngin olan şabalıd yaddaşın güclənməsində, hətta alzheimer xəstəliyi ilə mübarizədə çox faydalıdır.

3. Şabalıd fosfor, maqnezium, xlor, kalsium, dəmir, natrium, kalium mineralları, B1, B2 və C vitaminləri ilə də zəngindir. Xüsusilə kalium çatışmazlığı olan insanlar üçün çox xeyirlidir (100 qram şabalıdda 500 milliqram kalium var).

4. Şabalıd eyni zamanda bədəndə su tarazlığının tənzimlənməsində, sinir hüceyrələrinin siqnalları ötürməsində, əzələlərin strukturunun qorunmasında çox əhəmiyyətlidir.

5. Bundan başqa, şabalıd qan dövranını sürətləndirir, bağırsağın fəaliyyətini tənzimləyir, qəbzliyin qarşısını alır.

6. Şabalıdın enerji tərkibi də çox yüksəkdir. 3 ədəd şabalıdın enerji tərkibi bir nazik çörək dilimindəki qədərdir. Ona görə də artıq çəkili və orqanizmində maddələr mübadiləsi zəif gedən insanlar şabalıd yeyəndə miqdarına diqqət etməlidirlər.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort