Generalın oğlu yenidən məhkəmə qarşısında » Gecce.Az Xəbər Portalı
Generalın oğlu yenidən məhkəmə qarşısında

Generalın oğlu yenidən məhkəmə qarşısında


Bakı Apellyasiya Məhkəməsində general Novruzəli Orucovun oğlu, xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov və onun dostları Kənan Vəliyevlə Pərviz Abbasov barələsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Sahibxan Mirzəyevin icraatında olan prosesdə şahidlər dindirilib.
Zərərçəkmiş Sənan Səmədovla eyni yerdə sürücü işləyən Elxan Xəlilov hadisəni görmədiyini deyib. Lakin məlum olub ki, o, istintaqa ifadəsində avtomobildən düşən 3 nəfərdən birinin Sənanı yumruqla vurduğunu gördüyün deyib. E.Xəlilov belə bir ifadə vermədiyini deyib.

Hakim bildirib ki, bununla bağlı işi aparan müstəntiq məhkəməyə çağırılacaq və şahidlə üzləşdiriləcək.

Digər şahid Elçin Ağayev ifadəsində Rüstəmin Sənanı vurduğunu, digər iki nəfərin isə Sənana sadəcə su verdiyini deyib. Onun istintaq ifadəsi elan edilən zaman şahid buna etiraz edib. Hakimin qərarı ilə şahid E.Ağayev 200 manat cərimə olunub.

Proses aprelin 24-də davam etdiriləcək.

Xatırladaq ki, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu təqib edərək sürücünü döyüb.

Binəqədi rayon məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər – K.Vəliyev və P.Abbasov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs edilib. Hər üç şəxs apellyasiya şikayətində barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.

Qeyd edək ki, R.Orucovun atası general-mayor Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini olub, bu hadisədən sonra prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad edilib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort