Türkiyə ordusu Afrində kürd qüvvələrini mühasirəyə alıb

Türkiyə ordusu Afrində kürd qüvvələrini mühasirəyə alıb


Türkiyə ordusu Suriyanın şimalında yerləşən Afrin şəhərini mühasirəyə aldığını bildirir.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə ordusunun bəyanatında deyilir.

Məlumata əsasən, hərbçilər və suriyalı müttəfiq qüvvələr Afrin ətrafındakı xüsusi əhəmiyyətə malik əraziləri nəzarət altına alıb.

Qeyd edək ki, Türkiyə YPG silahlı qrupuna qarşı “Zeytun budağı” əməliyyatına yanvarın 20-də başlayıb.

Əməliyyatda Ankaranın dəstəklədiyi Azad Suriya Ordusunun döyüşçüləri də iştirak edir.

Ankara Afrindən çıxarmağa çalışdığı YPG qrupunu Türkiyə, ABŞ və Aİ-də terrorçu tanınan PKK-nın qolu adlandırır. YPG ittihamları rədd edir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort