FHN qurumları arasında stolüstü tennis çempionatı başa çatıb

FHN qurumları arasında stolüstü tennis çempionatı başa çatıb


Fövqəladə Hallar Nazirliyinin (FHN) stolüstü tennis üzrə keçirdiyi çempionat başa çatıb. Apasport.az saytının məlumatına görə, İdman-Sağlamlıq Klubu və Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Respublika Olimpiya Mərkəzində baş tutan yarışda 19 komandanın 100-ə yaxın əməkdaşı mübarizə aparıb.

2 gün davam edən çempionatda həm şəxsi, həm də komanda hesabında qaliblər müəyyənləşib.

Komanda hesabında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bütün rəqiblərini qabaqlayıb. Gümüş medallara Xüsusi Riskli Xilasetmə Xidməti sahib olduğu halda, “üçlüy”ü Dövlət Yanğından Xilasetmə Xidmətinin üzvləri qapayıb.

Şəxsi yarışda çempion adına Mövlan Xəlilov (Şimal-Qərb Regional Mərkəzi) yiyələnib. O, finalda Sakit Quliyevi (Dövlət Yanğından Xilasetmə Xidməti) 2:1 hesabı ilə məğlub edib. Üçüncü pilləni isə Faiq Nəcəfi (FHN-nin Akademiyası) tutub.

Sonda FHN-nin İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Fizuli Musayev və Həmkarlar İttifaqının sədri Mehman İsmayılov fərqlənən idmançılara uğurlar arzulayıb, hər kəsi qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik ediblər.

Musayev bildirib ki, yarış digər çempionatlar kimi gərgin və maraqlı alınıb: “Buna şəxsi hesabda final görüşünü də misal göstərmək olar. Çətin keçən qarşılaşma 2:1 hesabı ilə yekunlaşdı. Yarışda gənclərlə yanaşı, idman ustaları da mübarizə aparırdılar. Komanda hesabında isə gənclərə nümunə ola biləcək Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin üzvlər çempion tituluna yiyələndi. Hər birini təbrik edir, gələcək işlərində uğurlar arzulayıram”.

Sonda fərqlənənlər diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırıblar.



FHN qurumları arasında stolüstü tennis çempionatı başa çatıb

FHN qurumları arasında stolüstü tennis çempionatı başa çatıb

FHN qurumları arasında stolüstü tennis çempionatı başa çatıb

FHN qurumları arasında stolüstü tennis çempionatı başa çatıb

FHN qurumları arasında stolüstü tennis çempionatı başa çatıb

FHN qurumları arasında stolüstü tennis çempionatı başa çatıb

FHN qurumları arasında stolüstü tennis çempionatı başa çatıb

FHN qurumları arasında stolüstü tennis çempionatı başa çatıb

FHN qurumları arasında stolüstü tennis çempionatı başa çatıb
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort