Azərbaycanlı aktyorun həyat yoldaşına aldığı hədiyyəni oğurladılar

Azərbaycanlı aktyorun həyat yoldaşına aldığı hədiyyəni oğurladılar


Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Hacıbabayevin avtomobilindən oğurluq edilib.

Gecce.az "Ölkə.Az"a istinadən xəbər verir ki, aktyorun 8 Mart-Beynəlxalq Qadınlar Günü üçün ailə üzvlərinə aldığı hədiyyəni ona məxsus “Hyundai Tucson” markalı avtomobilin şüşəsini sındıraraq oğurlayıblar.

E.Hacıbabayev əməkdaşımızla söhbətində faktı təsdiqləyib:

"Hadisə Binəqədi rayonu, Naxçıvani küçəsi 33 B ünvanında baş verib. Ötən gecə həyat yoldaşım üçün aldığım hədiyyəni avtomobilimin şüşəsini sındıraraq oğurlayıblar".

Aktyor deyib ki, baş vermiş hadisəylə bağlı Binəqədi RPİ-nin 5-ci polis bölməsinə ərizəylə müraciət edib. Faktla bağlı təhqiqat araşdırmasına başlanılıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti