İsa Qəmbərin sağlamlıq durumunda ciddi problemlər ortaya çıxıb - Qanaması böyükdür

İsa Qəmbərin sağlamlıq durumunda ciddi problemlər ortaya çıxıb - Qanaması böyükdür


Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər Ankaradakı Hacettepe xəstəxanasının nevrologiya bölümündə "pnevmoniya nəticəsində yoluxduğu bir infeksiyadan" müalicə olunur.


AzNews.az-ın məlumatına görə, BBC Azərbaycancaya bölümdən deyiblər ki, İsa Qəmbər "fevralın 28-də sərnişin təyyarəsi ilə, Mərkəzi Klinikanın bir həkiminin müşayiəti ilə Bakıdan gətirilib".

Bölümdən məlumat veriblər ki, 3 gün əvvəl İsa Qəmbər hərarəti yüksəldiyindən profilaktik məqsədlə reanimasiya bölümünə keçirilib.

“Xəstədə tənəffüs sıxıntısı, nəfəs darlığı oldu. Pnevmoniyası ağırlaşmasın deyə, reanimasiyaya alındı. Amma reanimasiyada elə bir sıxıntı yaşamadığımız üçün təkrar palataya aldıq", deyə - mənbə bildirib.

Xəstəxananın həkimlər İsa Qəmbərin beyin qanaması ilə bağlı ciddi nəzarətə ehtiyacı olduğunu bildirirlər:

Mənbə bildirir:

"Bakıda beyin qanaması keçirib. Qanaması böyükdür, amma vəziyyəti stabildir. Bütün nevroloji müayinələri normaldır. Danışır. Bilinci yerindədir. Yeməyini yeyir. Hərəkətdədir. Beyin qanaması ona fiziki mənada heç bir təsir göstərməyib. Beyin qanaması ilə bağlı hər hansı nevroloji defisiti yoxdur. Həftə içində Bakıdakı hər hansı xəstəxanaya köçürməyi düşünürük. Sadəcə onun istirahət etməsi lazımdır"

Qeyd edilir ki, “İsa Qəmbərin Bakıda müalicəsinin stasionar şəkildə davam etdirilməsi hansı zərurətlə bağlıdır" sualına Hacettepe Universiteti xəstəxanasının nevrologiya bölümündəki mənbə deyib:

"Yoluxduğu infeksiya ilə bağlı qəbul etdiyi antibiotik dərmanları damardan aldığı üçün İsa Qəmbərin müalicəsinin evdə izlənməsi çətin ola bilər deyə xəstəxana şəraitində müalicəsinin davam etdirilməsi uyğun görülüb. Azərbaycana getdikdən bir ay sonra təkrar kontrol müayinəsi aparılacaq".

Qeyd edək ki, “Səs” İnformasiya Agentliyi məsələni dəqiqləşdirmək üçün İsa Qəmbərin müalicə olunduğu "Hacəttəpə" xəstəxanası ilə telefon əlaqəsi saxlayıb. Özünü xəstəxananın həkimi kimi təqdim edən Metin Yavuz adlı şəxs yayılan məlumatı təsdiq edərək, İ.Qəmbərin sağlamlıq durumunda ciddi problemlərin olduğunu bildirdi. Qeyd etdi ki, xəstə nevrologiya bölümündə "pnevmoniya nəticəsində yoluxduğu bir infeksiyadan" müalicə olunur. Həkim əlavə etdi ki, "Xəstədə tənəffüs sıxıntısı, nəfəs darlığı oldu. Pnevmoniyası ağırlaşmasın deyə, reanimasiyaya alındı. Amma reanimasiyada elə bir sıxıntı yaşamadığımız üçün təkrar palataya aldıq. İ.Qəmbərin başının sağ yarımkürəsində şiş və ürəyinin qapaqlarında daralma da aşkarlanıb. Onun sağlamlıq durumunda yaranan problemlərin aradan qaldırılması çətin görünür. Yaxınlarına da bu barədə məlumat verilib. Hazırda İsa bəyin yaxınları məsləhətləşmələr aparırlar. Ola bilsin ki, İsa bəy klinkadan çıxarılsın".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort