Polkovnik qız istəyən gənci döyüb - Kapitanla birgə

Polkovnik qız istəyən gənci döyüb - Kapitanla birgə


Cəlilabad rayonunda 21 yaşlı gəncin yüksək vəzifəli şəxslər tərəfindən döyüldüyü ilə bağlı xəbər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı və fotoları döyülən şəxsin yaxınları sosial şəbəkədə paylaşıb. Xəbərə görə, zərərçəkən Yusif Quliyev rayonun polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Nəsimi Bağırov və Cəlilabad Fövqalada Hallarin Yanğından Mühafizə İdarəsinin rəisi polkovnik-leytenant Şahin Cəfərov tərəfindən fiziki işgəncəyə məruz qalıb.

Gəncin döyülməsinə səbəb isə polis kapitanının qardaşı qızını sevməsi olub. Belə ki, gənc bir neçə gün öncə sevdiyi qıza elçi göndərib. Polis kapitani və FHN rəisi də bu səbəbdən gənci döyüb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

“Qafqazinfo” məsələ ilə bağlı FHN və DİN-ə müraciət etsə də, bu qurumların mətbuat xidmətlərindən heç bir açıqlama almaq mümkün olmayıb. Baş Prokurorluğun mətbuat xidməti isə telefon zənglərinə cavab verməyib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis leytenantı Məhəmməd Rzayev isə Unikal.org-a bildirib ki, həmin münaqişədə adıçəkilən polis əməkdaşı deyil, onun qardaşı Əfqan Bağırov olub: “Məsələ ilə bağlı hazırda rayon prokurorluğunda araşdırma aparılır. Aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort