Kəmalə Qaramollayeva: “Sponsorsuz heç bir qapı açılmır”

Kəmalə Qaramollayeva: “Sponsorsuz heç bir qapı açılmır”


Gecce.az müğənni Kəmalə Qaramollayevanın müsahibəsini təqdim edir:

-Kəmalə xanım, sizin kimi gözəl, cazibədar və qeyri-adi bir gözəlliyə malik olan müğənniyə nəinki Azərbaycanda, hətta Hollywood da nadir hallarda rast gəlinir. Ana olduqdan sonra belə bədəninizin gözəlliyi itmədi, formada qaldınız. Bundan başqa, həm sənətiniz, həm istedadınız, həm savadınız, həm mədəniyyətiniz var. Bir sözlə, səhnəyə lazım olan hər şey sizdə cəmləşib. Bəs niyə indi efirlərdə az- az görünürsünüz?


-Dünyanın hər bir yerində müğənnilərin komandası var, bir tək Azərbaycandan başqa. Müğənni tək nə edə bilər? Özünə prodüsserlik edəcək, ya sponsorluq? İndiki verilişlərə baxırsınız da yəqin ki, necə müğənnilər cıxır? Mən şəxsən onların heç birini bəyənmirəm. Heç kim də bəyənmir. Onları xalqa məcburi sevdirirlər. Nə görünüşləri var, nə savadları, nə səsləri, nə zövqləri, nə səviyyələri. Bunların yanında mən heç efirdə görünmək istəmərəm. Bəs niyə onlar sənəti olmaya-olmaya efirdədirlər? Çünki dəstək olanları var. Dəstəksiz heç bir qapı açılmır.Mən müğənniləri qınamıram, cünki dəstəksiz heç bir iş görmək mümkün deyil. Sözsüz ki, mənim də dəstəyim olsa, dağı dağ üstə qoyaram. Hələ mən dəstəksiz nə qədər iş görmüşəm. Sadəcə efirlər işıqlandırmadığı üçün bilmirsiniz. Azərbaycanı bir çox xarici ölkələrdə təmsil etmişəm. Dünyanın hər yerindən, hətta Ermənistandan iştirakçı olan yerdə mən 1-ci yeri tutmuşam. Azərbaycanın bayrağını qaldırmışam. Bu yaxınlarda müdafiə etdim və Musiqişünaslıq üzrə Fəlsəfə Elmlər Doktoru adına layiq görüldüm. Sonra uşaqları maarifləndirən və əyləndirən jurnalım işıq üzü gördü və s. Bunları bilirdinizmi?! Yox. Çünki işıqlandırılmır. Məndən efirlərə cıxmaq üçün külli miqdarda pul istəyirlər. Özləri də yaxşı bilirlər və mənə də deyirlər ki, sən bizim efirə reytinq gətirirsən, çox baxılırsan. Mən əminəm ki, müdriyyətin bundan xəbəri yoxdur. Nə edirsə, kanalda işləyən işçilər edir. Mənə deyirlər ki, ya qalmaqal et, ya da pul ödə. Mən isə sənətlə qalmaqalı qarışdırmaq istəmirəm. Mənim sənətim pula satılmır! İndiki bir çox gənclər kimi gündəmdə qalmaq ücün efirə cıxıb “bambılılıq” edə bilmərəm! Mən bir çox sənətkarların məktəbin keçmişəm və onlardan tərbiyə götürmüşəm: Vaqif Gərayzadə, Aybəniz Haşımova, Azərin, Ağaxan Abdullayev, Yalçın Rzazadə və s. Bir çox sənətkarlardan da müsbət rəy almışam: Nisə Qasımova, Siyavuş Kərimi, İlhamə Quliyeva, Faiq Sücəddinov, Amaliya Pənahova və s. İndi siz deyirsiniz, çıxım bundan sonra sənətimi ucuz satım? Ayıbdır …

– “Arb” kanalında yayiımlanan “Sayqa ilə bu axşam” verilişində qonaq olandan sonra marağa səbəb oldunuz və bir çox saytlar sizdən yazdı. Bu barədə nə deyə bilərsiniz?

-Xalq məni sevir. İnanın elə mənim özümə nə qədər mesaj gəldi ki ,”darıxmışıq, efirə tez-tez cıxın, bezmişik artıq efirlərdə bəzi mənasız insanları görməkdən, efirə siz yaraşırsınız, gözəlliyinizi qoruyun” və s. kimi sözlər. Bəli, istedad məndə, savad məndə, gözəllik məndə, səviyyə məndə. Amma çıxmıram.. niyə? Çünki onların tələblərinə uymuram. Sonra deyirlər ki, efirlərimiz baxılmır. Ermənilər mahnılarımızı oğurlayır. Nəyə baxsınlar? Baxılası bir şey var ki?! Yaxşı fikir versəniz, görərsiniz ki, bizim “qaymaq” mügənnilərin hamısının xarici ölkələrə qaçmaq fikirləri var. Çunki onlara burada qiymət verilmir..!
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti