Həcc ziyarətində ölən zəvvarın ailəsinə kompensasiya ödənəcək - 4500 manat » Gecce.Az Xəbər Portalı
Həcc ziyarətində ölən zəvvarın ailəsinə kompensasiya ödənəcək - 4500 manat

Həcc ziyarətində ölən zəvvarın ailəsinə kompensasiya ödənəcək - 4500 manat


Bu il Həcc ziyarəti zamanı ölən zəvvarların ailəsinə, eləcə də səhhətində problem yaranan zəvvarlara Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən kompensasiya ödəniləcək.

APA-nın məlumatına görə, Həcc ziyarəti ilə bağlı zəvvarla imzalanan müqavilədə qeyd olunur ki, ziyarət zamanı dünyasını dəyişən zəvvarın ailəsinə 4500 manat maddi yardım ediləcək.

Ziyarət zamanı səhhətində ciddi problem yaranmış zəvvara da təqdim edilmiş tibbi sənədlər əsasında təşkilatçı tərəfindən dəymiş zərər nəzərə alınmaqla ziyarət bitdikdən sonra 2 aydan çox olmamaq şərti ilə müalicə üçün 2 000 manatdək maddi yardım ediləcək.

Bildirilir ki, Səudiyyə Ərəbistanı qanunlarına görə, Həcc ziyarəti zamanı dünyasını dəyişən şəxs ziyarət yerində dəfn olunur.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb, ziyarətin qiyməti 4150 ABŞ dollarıdır.

Azərbaycandan Həcc ziyarətini QMİ təşkil edir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort