Qidaları soyuducuda necə saxlamalı? - Doğrular və yanlışlar

Qidaları soyuducuda necə saxlamalı? - Doğrular və yanlışlar


Qidalar həyatımızın vacib və ayrılmaz hissəsini təşkil edir. Buna görə də qidalara həssas və xüsusi qayğı göstərmək sadəcə bizim borcumuzdur. Çünki saxladığımız qidalar nə qədər keyfiyyətli olarsa, biz də o qədər sağlam yaşayarıq. Əksinə, onlara diqqət göstərməsək və necə gəldi saxlasaq, o zaman bizim də sağlamlığımız təhlükə altına girər.

Gecce.az Foodinfo.az-a istinadən xəbər verir ki, qidaların soyuducuda saxlanması ilə bağlı bir çoxları incə məqamları ya bilmir, ya da riayət etmək istəmir. Bir çoxları üçün isə illərdir bu sahədə doğru bildikləri, lakin əslində yanlış olan məqamlar var.

Tanınmış dietoloq Leyla Zülfüqar bildirib ki, bəzən insanlar bişirdikləri yeməkləri günlərlə soyuducuda saxlayırlar:

“Bunun bir səbəbi var. Çünki soyuq temperaturda bakteriyalar üçün münbit şərait olmur. Qidalar otaq və daha yüksək temperatur olan yerdə qaldıqda isə maya göbələkləri və digər bakteriyalar yaranır. Lakin, soyuducuda uzun müddətdə qalanda da eyni problem ortaya çıxır. Bu o deməkdir ki, soyuducu qidaların təhlükəsizliyi üçün əsas ümid yeri deyil. Buna görə də qidaları saxlamaq üçün düzgün qaydaya riayət etmək lazımdır”.

Ekspert deyib ki, ən böyük səhvlərdən biri bişmiş qidaları bir yerdə saxlamaqdır. İnsan onu yeyərkən qidanın tərkibinin dəyişməsini hiss etməyə bilər:

“Amma mədəmiz bunu hiss edir. Bir-biri ilə təmasda olan qidalar bakteriyalar üçün də münbit şərait yaradır. Yaxşı olar ki, qidalar ayrı-ayrı qablarda saxlansın”.

Mövsümündən asılı olaraq meyvə-tərəvəzləri, xüsusilə soyuğa davamlı olanları təbii şəkildə açıq havada saxlamağı məsləhət görən L.Zülfüqar sözlərinə əlavə edib ki, giləmeyvələr bazardan alınıb gətirilərkən yuyulmalı, qurudulmalı və sonra soyuducuya qoyulmalıdır. Əks halda qurdların yaranmasına səbəb ola bilir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah yağış yağacaq

13.12.2018 / 16:30
Sabah hava necə olacaq?

12.12.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort