“20 Yanvar” şəhidləri FHN-nin idman-sağlamlıq klubunda anıldı - fotolar

“20 Yanvar” şəhidləri FHN-nin idman-sağlamlıq klubunda anıldı - fotolar


Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunda “20 Yanvar” şəhidlərini xatirəsi anılıb.

Şəhidlərin ruhu bir dəqiqəliksükutla yad edildikdən sonra klub rəisi polkovnik Fizuli Musayev bildirdi ki, Qara Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.

“Qorbaçov və onun güc nazirləri yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritməyi qərarlaşdırdılar. Gecəyarı fövqəladə vəziyyət tətbiq olundu. Lakin şəhər sakinləri bundan xəbərsiz idilər.Axşam saat 7:30-da televiziya stansiyasınin enerji bloku partladıldığından, televiziya yayımı kəsilmişdi. Bu təxribatı çox güman ki, xüsusi xidmət orqanları təşkil etmişdilər. Nəticədə, bakılıların əksəriyyəti fövqəladə vəziyyət barədə yalnız səhər Azadlıq Radiosundan və vertolyotlardan atılmış vərəqələrdən xəbər tuta bildilər.
1990-cı il yanvarın 19-u gecə saat 23-dən Xəzər dənizindəki sovet hərbi gəmiləri döyüş hazırlığı vəziyyətinə gətirilir. SSRİ Müdafiə Nazirliyinin rəhbərliyi ehtiyat edirdi ki, Bakıdakı əməliyyatlar zamanı Xəzər dənizindəki mülki Azərbaycan gəmiləri onlara mane ola bilər. 20 yanvar deputat istintaq komissiyasının məlumatlarında deyilir ki, 19-dan 20-nə keçən gecə təqribən 2 minə qədər erməni qaçqını Bakı limanından Krasnovodskiyə yola salınmalı idi. Yanvarın 20-si səhər isə Bakıda belə bir şayiə yayılmışdı ki, Sovet qoşunlarının işğalı nəticəsində öldürülən dinc sakinləri Xəzər dənizinə tökmək istəyirlər. Odur ki, yanvarın 20-i erməni qaçqınların yerləşdiyi gəmi Krasnovodskiyə doğru hərəkət etmək istəyərkən onların qarşısını mülki Azərbaycan gəmiləri kəsir. Bu aksiya təqribən iki saat çəkir. Gəmilər fasiləsiz fit səsləri ilə şəhəri lərzəyə salır” – deyə, F.Musayev bildirib.

O, qeyd edib ki, bu hadisələr zamanı tək bizim xalqımızın yox, Azərbaycan vətəndaşı olan yəhudilər, ləzgilər, ruslar, tatarlar və s. başqa xaqların azadlıq və bu faciəyə qarşı etdikləri təqdirə layiqdir: “Həmin gecə digər xalqlardan olan insanlar da şəhid olmuşdur. Onların həmin zaman etdikləri nəticəsində bu gün biz azad, müstəqil şəkildə yaşayırıq. AXCP azadlıq üçün önəmli addımlar atsa da sonradan daxili parçalanmalar çox problemlərə yol açdı. O ağır günlərdə faciə ətrafında xəyanət sükutunu ilk yaran Heydər Əliyevin haqq səsi oldu. Faciənin ertəsi günü ilk dəfə olaraq Heydər Əliyevin Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə qarşı etiraz səsi ucaldı. Heydər Əliyev hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törəmə səbəblərini də açıqladı.
Daim gəncləri və gələcək nəsili bu qanlı tarix, müstəqillik savaşının tarixi ilə aşılamalı, vətənə, dövlətə sədaqətli olmağın böyük ləyaqəti və şərəfindən xəbərdar etməliyik. Bu unudulmaz qanlı tarix bütün nəsillər boyu müstəqilliyimizin səbəbi olaraq daim yaddaşlarda qalmalıdı”.

“20 Yanvar” şəhidləri FHN-nin idman-sağlamlıq klubunda anıldı - fotolar

“20 Yanvar” şəhidləri FHN-nin idman-sağlamlıq klubunda anıldı - fotolar

“20 Yanvar” şəhidləri FHN-nin idman-sağlamlıq klubunda anıldı - fotolar
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah yağış yağacaq

13.12.2018 / 16:30
Sabah hava necə olacaq?

12.12.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort