Məşhur bankir bu qədər pul mənimsəyib

Məşhur bankir bu qədər pul mənimsəyib


“Bank Standard”ın İdarə Heyətinin keçmiş sədri Kriman Səlim Eldaroviçin banka vurduğu ziyanın yekun məbləği bəlli olub.


“Çudo Peçka”nın sahibi Çingiz Cəlilovun cinayət işi üzrə ittiham aktında qeyd edilib ki, S.Kirman ümumilikdə 41 epizodda ittiham edilib.

İstintaq araşdırmaları nəticəsində məlum olub ki, S.Kirman 104 milyon 7 min 656 manat məbləğində əmlakı, bankın isə 10 milyon 749 min 500 manat nağd pulunu, ümumilikdə isə 114 milyon 757 min 155 manat mənimsəyib.

Xatırladaq ki, 2016-cı ildə S.Kirman istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə S.Kirmanın barəsində həbs qətimkan tədbiri seçilib və "İnterpol" xətti ilə axtarışa verilib.

Qeyd edək ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdiriblər.

Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüblər.

"Qafqazinfo"
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Brilliant Dadaşovanın oğlundan təhlükəli hərəkət - video

19.01.2018 / 11:20
 
Xəbər lenti
 
Brilliant Dadaşovanın oğlundan təhlükəli hərəkət - video 11:20 Brilliant Dadaşovanın oğlundan təhlükəli hərəkət - video