Daha bir dövlət qurumu alpinistlərin axtarışına qoşuldu - Foto

Daha bir dövlət qurumu alpinistlərin axtarışına qoşuldu - Foto


“Gilavar” hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızının, Hüseynov Babur Vaqif oğlunun və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

Alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərarqahından bildiriblər ki, bu gündən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi təyinatlı avadanlıqla təchiz edilmiş mütəxəssisləri də axtarışlara qoşulublar.

Əlavə məlumat veriləcək.

“Qafqazinfo”

Daha bir dövlət qurumu alpinistlərin axtarışına qoşuldu - Foto

Daha bir dövlət qurumu alpinistlərin axtarışına qoşuldu - Foto

Daha bir dövlət qurumu alpinistlərin axtarışına qoşuldu - Foto
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti