“Sovetski”də növbəti köçürmə prosesi nə vaxt başlayacaq? - Detallar açıqlandı

“Sovetski”də növbəti köçürmə prosesi nə vaxt başlayacaq? - Detallar açıqlandı


“Prezident İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun “Sovetski” adlanan ərazisində indiyə qədər 26 hektardan çox sahəni əhatə edən ərazidə 4300-ə yaxın demək olar ki, istifadəyə yararsız hala çatmış yaşayış obyektləri sakinlərlə əldə edilmiş razılığa uyğun olaraq satın alınaraq sökülüb”.

Bunu APA-ya açıqlamasında Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Köçürmə üzrə İşçi Komissiyasının sədri Səməd İslamov bildirib.

S. İslamov deyib ki, həmin ərazidə yeni yol-nəqliyyat infrastrukturu yaradılıb və ərazinin müasir tələblərə cavab verən abadlaşdırılması işlərinə başlanıb:

““Sovetski”nin köçürülməsi hələ SSRİ dövründə paytaxtımız üçün vacib sayılan layihə idi. Bu iri miqyaslı tarixi layihə yalnız müstəqil ölkəmizin iqtisadi inkişaf dövründə dövlət başçısının təşəbbüsü ilə həllini tapdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə icra edilən bu layihə şəhərin mərkəzində on illər boyu qəzalı, yarı uçuq evlərdə yaşayan Yasamal əhalisinin mənzil şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynadı”.

Sədr bildirib ki, növbəti mərhələdə köçürülməsi nəzərdə tutulan ərazidə ölçmə və inventarlaşma işləri başa çatdırılıb:

“Ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin mövcud olduğu müəyyən edilib. Növbəti köçürüləcək ərazi 14,7 hektar sahəni təşkil edir. Hazırda tərəfimizdən söküntü və qiymətləndirmə təşkilatlarının müəyyənləşdirilməsi istiqamətində prosedur sənədləşdirmə tədbirləri həyata keçirilir. Yeni ilin ilk ayından növbəti köçürülmə prosesinə start veriləcək”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti