Fikrət Qoca oğluna görə məhkəməyə etiraz etdi: “Bu işi belə qoymayacam”

Fikrət Qoca oğluna görə məhkəməyə etiraz etdi: “Bu işi belə qoymayacam”


“Mən bu qərarla razılaşmıram”.

Bunu AzNews.az-a açıqlamasında xalq şairi Fikrət Qoca, oğlu Yalçın Qocanın qətli ilə bağlı keçirilən məhkəmənin qərarına münasibətində deyib.

Fikrət Qoca qeyd edib ki, məhkəmənin keçirilməsidən xəbəri olmayıb:


“Bu nə qərardır? Hələ son deyil, şikayət edəcəm, qarşıda Ali Məhkəmə var. Düzü, bu qərara inanmaq istəmirəm. 3 nəfər əlbir olub 54 yaşında bir kişini amansızcasına qətlə yetirib. Başını deşiblər, ekspertin qərarı var. Ekspert də onun qəsdən öldürüldüyünü deyib. Prokuror 19 il iş istəmişdi. Adətən, belə olanda məhkəmə iki il azaldır. Yoxsa 5 il? Bu nə deməkdir? Bunu belə qoymayacam”.

Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə E.Nehmətovun Y.Qocayevi ehtiyatsızlıqdan öldürdüyü qənaətinə gəlib. Buna görə də məhkəmə E.Nehmətov 5 il, P.Hüseynov 2 il, R.Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

12.12.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort izmir escort