Əli Həsənovun nəvəsi məhkəməyə qolu qandallı gətirildi

Əli Həsənovun nəvəsi məhkəməyə qolu qandallı gətirildi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi başlayıb.

Hakim Əhməd Quliyevin icraatında olan prosesdə ilk hazırlıq prosesi keçirilib.

İvlasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, N. Allahverdiyev bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Mercedes-Gelandewagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

N.Allahverdiyev məhkəməyə qolu qandallı gətirilib.

Anket məlumatlarının dəqiqləşdirilməsi zamanı bəlli olub ki, N. Allahverdiyev 1994-cü il fevralın 25-də Sumqayıt şəhərində anadan olub. Ailəli olan Nailin övladı yoxdur. Bu zamana kimi daim işsiz olan Allahverdiyev hərbi xidmətdə də olmayıb.

Zərərçəkmiş şəxslərdən ikisi Türkiyədə olduğu üçün məhkəmədə iştirak etməyiblər. Onlar Türkiyə vətəndaşı olan və qəza zamanı yaralanan MutallibTekiş və həyat yoldaşı Songül Tekişdir.

Qəzada vəfat edən, əvvəldən sürücü kimi təqdim edilən Mehdi Əliyevin həyat yoldaşı Ülviyyə Əliyeva, mərhum Vaqif Əsədovun oğlu Ramiz Əsədov, digər zərərçəkənlər - Rauf Səmədov və Adil Ocaqverdiyev iştirak edib.

İclasda zərərçəkmişlər, ittihamçı və N.Allahverdiyevin vəkilləri Muxtar Mustafayev və Əli Hüseynov hər hansı vəsatətləri olmadıqlarını bildiriblər.

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Baxış iclası dekabrın 1-i saat 10:30-a təyin edilib.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti