Millət vəkili bəstəkarı təhqir etdi: “Gerizəkalı, bir arpa boyda ağıllanmayıb”

Millət vəkili bəstəkarı təhqir etdi: “Gerizəkalı, bir arpa boyda ağıllanmayıb”


Millət vəkili Fazil Mustafa ilə bəstəkar Cavanşir Quliyev arasında qalmaqal yaranıb.

Bayraq günü münasibətilə professor Qulu Məhərrəmli, Cavanşir Quliyev və Fazil Mustafa GünazTV-də qonaq olublar. Sosial şəbəkədə paylaşılan videoda bəstəkar Cavanşir Quliyev Fazil Mustafanı sərt tənqid edib. O, millət vəkilini himnimizi sevməməkdə ittiham edib.

Fazil Mustafanın bəstəkara cavabı isə daha sərt olub. Deputat Çavanşir Quliyevi ağılsız və geri zəkalı adlandırıb:

“Qulu Məhərərmli bizim bayraqla bağlı GünazTV-də getmiş müsahibəmizi paylaşıb. İçi bəstəkar Cavanşir Quliyev olmaqla, bir qrup geri zəkalı, fikirləri dinləmədən barəmizdə önyarğılı şərhlər yazıblar. Bu adamlar uzun illər xaricdə yaşasalar da bir arpa boyu ağıllanmayıblar. Mənim himn, bayraq da daxil olmaqla istənilən məsələdə fikirlərim, yaxud da siyasi dünyagörüşüm kimin üçünsə qəbulolunmaz ola bilər. Məhz bu qəbuletməzlərə rəğmən, öz görüşlərimi, inandığım prinsipləri həm şifahi, həm də yazılı mətnlərlə ardıcıl anlatmağa israrlıyam. Maraqlıdır ki, bu gün Cavanşir Quliyev kimi vətənşivənlər hələ də anlamaq istəmirlər ki, 20-30 il öncənin ritorikası və pafosu ilə insanları aldatmaq olmaz. Tarix, himn, bayraq, din, millət, şəxsiyyətlər də təftiş və təhlil oluna bilər və burada hansısa qəbahət yoxdur. Məhz bu cür müzakirələr ölkədə sağlam düşüncə mühitinin yaranmasına faydalı ola bilər”.

AzNews.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Astarada intihar

21.11.2017 / 13:00
 
Xəbər lenti