Üzüyü hansı barmağa taxmağınız xasiyyətinizdən xəbər verir

Üzüyü hansı barmağa taxmağınız xasiyyətinizdən xəbər verir


Əksər xanımların ən çox sevdiyi bəzək əşyası üzükdür. Bəs, üzüyün taxdığınız barmaqdan asılı olaraq xasiyyətinizi müəyyənləşdirdiyini bilirdinizmi?

Axşam.az xarici KİV-ə istinadən bu barədə sizə məlumat verir:

Əgər üzüyü baş barmağınıza taxırsınızsa, bu, özünü təsdiqi bildirir. Belə xanımlarda çox vaxt inad, tərslik, hirslilik kimi xasiyyətə rast gəlinir.

Şəhadət barmağındakı üzük hakimiyyət və gücün rəmzidir. Bu barmağa üzük taxan xanım iradəli xarakterini, birinci olmağa cəhdini, fərqli görünməyə çalışdığını nümayiş etdirir.

Orta barmaqdakı üzük
eqoistlik rəmzidir. Araşdırmalar göstərir ki, bu barmağına üzük taxan insanlar özləri ilə lovğalanmağa meyllidirlər.

Adsız barmaqdakı
üzük sevgi və ailə rəmzidir. Bu barmaqdakı üzük hər kəsə bəlli məlumatı verir - ailə vəziyyətinə işarə edir.

Çeçələ barmaqdakı üzük isə qeyri-adi insanlara işarədir. Bundan başqa, bu barmağa üzük taxanların hiyləgər və diribaş olduğu bildirilir. Həmçinin hesab edilir ki, çeçələ barmağına üzük taxan insanlar hamı ilə ümumi dil tapa, işgüzar əlaqələr qura bilir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti