İcra hakimiyyətinin binasına cırıq bayraq asılıb - Video

İcra hakimiyyətinin binasına cırıq bayraq asılıb - Video


Bakı Şəhər İcra Hakimiyyətinin İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati binasında asılan bayraq cırılıb.

Gecce.az xəbər verir ki, Baku.ws yaydığı videoda dövlət bayrağının cırıldığı açıq-aydın görünür. İcra Hakimiyyətinin Bakının mərkəzində yerləşən binası arxitektur dizaynı ilə turistlərin də marağını çəkir. Xarici qonaqların tez-tez bu binanın fotosunu çəkdiyinin şahidi oluruq. Bakı Şəhər İcra Hakimiyyətinin binasında cırıq bayrağın dalğalanması heç də yaxşı mənzərə deyil.

***

Bakı şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Nailə Məmmədova məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, bu təbii haldır: “Külək əsən zaman bu cür hallar baş verir. Külək dayanandan sonra bayraq yenisi ilə əvəzlənir. Məsələni reytinq naminə ictiamiləşdirməyə, hadisəni şişirtməyə ehtiyac yoxdur”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti