Orxan Vəliyev - səyahətçi, idmançı, yoxsa...

Orxan Vəliyev - səyahətçi, idmançı, yoxsa...


Çox gəzən çox bilər demiş atalarımız. Bugünkü müsahibimiz 1992 ci il təvəllüdlü Orxan Aydın oğlu Vəliyevi sizə bu cümləmlə təqdim etmək istərdim: “Maraqlı olmaq, cox maraqlıdı”

Onunla söhbət etmək çox maraqlı gəldi mənə. Çox gənc olmagına baxmayaraq Orxanın zəngin dünya görüşü olduğunun şahidi oldum.Və bu da onun səyahətçi olmağından irəli gəlir.Atalar boşuna deməyiblərki “ Çox gəzən çox bilər “
Orxan Aydın oğlu ilə olan müsahibəmi sizə anlatmadan öncə onun həyatı,təhsili ,uğurları ,maraqları barədə sizə qısada olsa məlumat vermək istərdim.

Orxan Aydın oğlu Vəliyev 1992-ci ildə Rusiyanın Moskva şəhərində anadan olub. 5-ci sinifdən sonra isə ailə ilə birlikdə vətənə - Azərbaycana qayıdıb. 9-10-cu sinfi İsveçrədə oxuyub. 11-ci sinfi Azərbaycanda bitirib və Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. Universiteti bitirdikdən sonra Amerikaya köçüb və orada yaşayıb. Harvard Universitetində təhsil almaq onun uşaqlıq arzusu olub: "Evdə tək” filminə baxdıqdan sonra bu ölkədə yaşamağı qarşıma məqsəd qoymuşdum. Lakin Harvard Universitetinə 2 il qəbul ola bilmədim. 2 il sonra Harvard Universitetində Biznesin İdarə olunması fakültəsində magistr təhsili alıb.Subaydi.Bir qardaşı bir bacısı var. Uşaqlıqdan daim yaşıdlarından aktivliyi ilə seçilən Orxanı ailəsi idmanla məşğul olmağa yönləndirmək qərarına gəlirlər.Orxan Aydın oğlu 2003 cü ildən Uşusando idman növüylə məşğul olmağa başlamışdır.2010 cu ildə Dunya çempionatında Qızıl medala layiq görülmüşdü.Daha sonra bu uğuru 2017 ci ildə tekrarlamışdı.
Orxanın hələ uşaq yaşlarından Ədəbiyata böyük sevgisi var.O dünya ədəbiyatıyla maraqlanır ve bununla yanaşı özüdə şairlik və yazıçılıqla məşğul olur.Onun yazdığı bir çox şerlərə musiqilər bəstələnib.

Dünyanin 57 ölkəsində olmuş Orxanın ən çox sevdiyi məşğuliyyət səyahət etməkdir.

Orxan səyahət etməyə uşaqlıqdan başlayıb.Söylədiyinə görə ailəsidə də səyahəti çox sevirdi. Uşaqlığının çox hissəsi səyahətdə keçib.Meksikada, Braziliyada. Atası onları ən çox Avropada gəzdirərdi.. Amma o müəyyən yaşa çatdıqdan sonra dünyaya daha çox açılmışdır. Amerikaya köçdükdən sonra arzuları daha da çox reallaşmışdı.
Gəzdiyi ölkələrin çox məhşur olmayan şəhərlərinə səyahət etməyi sevir.Bəzi ölkələrin öz vətəndaşlarına belə az məlum olan yerlərinə səyahət edib.Sonradan orda tanış olduğu insanlara getdiyi yerləri anlatdığında məlum olubki o ölkədə yaşadiqlarına baxmayaraq həmən yerlər haqda məlumatları belə yoxdu.

Ən çox sevdiyi və dəfələrcə getsə bele orada olmaqdan doymadığı ölkə Amerikadir.Nədən məhz Amerika sualına belə cavab aldiq:

- Kaliforniyada San-Fransiskoya nə qədər getsəm yorulmaram. Ruh azadlığı deyilən bir məfhum var. Məhz həmin şəhərdə ruh azadlığını hiss edirəm. Sırf San-Fransiskoda insan öz ruhu ilə söhbət edə bilir. Şəhərin ab-havası sizi özünüzlə danışmağa vadar edir. Mən hislərimlə yaşayan insanam. Nəyi hiss edirəmsə, onu da edirəm. San-Fransiskoda şəhərin hər bir tərəfindən sevgi, ehtiras damır. Sakitlikdir. Adicə çirkin bir qadını görəndə deyirsiniz ki, İlahi, bu necə gözəldir... Bu şəhəri sevirəm, ona görə ki, sən lüt də olsan, sənə baxıb bir söz deməzlər. Əsas odur, öz həyatını yaşayırsan.
Orxan Aydın oğlu səyahətdə başına gələn hadisələrdəndə danışdı.Bir dəfə Avropa çempionatının hansısa oyunu izləmək üçün Fransada oluğunda futbol yarışı gedən stadionu partladacaqlar deyə xəbər veriblər . Bu hərkəsin həyacanına səbəb olub . Təyyarədə uçuşlar zamanıda təhlükəli anlar yaşayıb. Amma şükür Allaha hər şey yaxşı sonluqla bitib.

Orxandan səyahət etdiyi ölkələrin mətbəxləri barədə soruşdum.Ən çox hansı ölkənin mətbəxin bəyənir.Cavabı belə oldu:

-Hər bir ölkənin özünəməxsus mətbəxi var. Osmanlı mətbəxini çox sevirəm. Məncə türk mətbəxi kimi dünyada ikinci möcüzəvi bir mətbəx yoxdur. Livan mətbəxinin maraqlı yeməkləri olur, bir də Meksikada ət yeməyin ləzzəti ayrıdır.

Mətbəxlə bağlı sualımdan sonda həmən ağlıma gələn sual sizcə nə ola bilərdi?
Sizcə hansı ölkənin xanımları ailə qurmaqçun daha yaxşıdılar?

Bu sualımın cavabından sonra hemyerlimiz olan bu Azərbaycanlı gənclə biraz da qürur duydum.

- Hər zaman demişəm, indi də deyirəm. Dünyanın bir çox ölkəsində olmuşam, çox mentaliteti görmüşəm. Amma bir söz deyə bilərəm ki, Azərbaycan qadını dünyanın ən gözəl, ən səmimi, ən ehtiraslı və ən əsası qadın kimi qadındır. Yaxşı ki, Azərbaycan qadınları var və biz azərbaycanlıları xoşbəxt edirlər.

Orxan Vəliyev - səyahətçi, idmançı, yoxsa...

Orxan Vəliyev - səyahətçi, idmançı, yoxsa...

Orxan Vəliyev - səyahətçi, idmançı, yoxsa...
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

22.10.2017 / 10:00
 
Xəbər lenti