Banklar müştərilərə kreditləri nağdsız formada verəcək

Banklar müştərilərə kreditləri nağdsız formada verəcək


Bu ildən Azərbaycanda banklar müştərilərə kreditləri nağdsız formada verəcək.

"APA-Economics"in məlumatına görə, bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin Baş direktoru Samirə Musayeva deyib.

Onun sözlərinə görə, bu, "Nağdsız hesablaşmalar haqqında" qanunda nəzərdə tutulub: "Müştəri istədiyi qədər vəsait əldə edə bilər. Əgər müştəri vergi ödəyicisi olmayan fiziki şəxsdirsə, vəsait nağdılaşdırılanda ondan vergi tutulmayacaq. Əgər müştəri sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, həmin vəsait nağdılaşdırılarkən banklar ödəmə mənbəyində 1%-lik sadələşdirilmiş vergi tutmalıdır".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                          
40 milyona 20:43 40 milyona "Ferrari" almaq istəyən Dadaşova bacıları: "VİP müştəri xahiş etmişdi..."