Ermənistanda müxalif partiyalar mitinq keçirir - Video

Ermənistanda müxalif partiyalar mitinq keçirir - Video


Ermənistanda 20-yə yaxın müxalifət partiyası Baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyası təşkil edib.

Mitinq İrəvanda hökumət binası ilə üzbəüz Respublika Meydanında keçirilir.

Etirazçılar Paşinyanın ötən gün Sünik bölgəsinə səfərini dayandırmağa məcbur edən bölgə sakinlərini alqışlayıblar.

“Daşnaksütyun” müxalifət partiyasının nümayəndəsi Qeqam Manukyan “Nikolsuz Ermənistan” şüarını “Onsuz Ermənistan” ilə əvəzləməyə çağırıb. O bildirib ki, Baş nazirin adı insanları qıcıqlandırır.

Qeyd edək ki, İrəvanda artıq bir neçə həftədir ki, müxalifət mitinqlər keçirir. Mitinq iştirakçıları Paşinyanın üçtərəfli bəyanatı imzalaması səbəbindən istefasını tələb edirlər. Hökumət rəhbərinin istefasını tələb edən müxalif qüvvələr ölkənin hökumətinin keçmiş başçısı Vazgen Manukyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüblər.

“Qafqazinfo”

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti