Təranə Qumral apellyasiya şikayəti verdi

Təranə Qumral apellyasiya şikayəti verdi


Müğənni Təranə Qumralla həmkarı Nazənin Salayeva arasında məhkəmə çəkişməsi davam edir.

Gecce.az Report-a istinadən xəbər verir ki, T.Qumral birinci instansiya məhkəməsinin qərarından narazı qalıb.

Belə ki, o, apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. T.Qumral barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Hazırda apellyasiya şikayəti hakim Rizvan Səfərovun sədrliyi ilə araşdırılır.

Qeyd edək ki, müğənni T.Qumralla həmkarı Nazənin Salayeva arasında qalmaqal “ANS”in “Bazar səhəri” verilişində başlayıb. Belə ki, N.Salayeva canlı efirə zəng edərək T.Qumrala “Səni ərimlə tutdum” deyib. T.Qumral isə öz növbəsində, N.Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumral N.Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumral 4 min manat məbləğində cərimə edilib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort